Müəssisənin balansında olan əsas vəsaitlərin dəqiq qiymətləndirilməsi, onun maliyyə və iqtisadi durumunun obyektiv qiymətləndirilməsi üçün vacibdir. Bu prosesin aparılması maliyyə hesabatlarının dəqiqliyini təmin edir və müklək bazar dəyərinin nəzarət altında saxlanmasına kömək edir.

Qiymətləndirilmə prosesi əsas vəsaitlərin növündən və istifadə istiqamətindən asılı olaraq dəyişiklik göstərə bilər. Buraya tikililər, avadanlıqlar, nəqliyyat vasitələri və digər maddi aktivlər daxildir. Qiymətləndirmə çox vaxt amortizasiya, bazar dəyəri və şirkətin strateji planlarını öz əhatəsində alır.

Qiymətləndirmə aparan mütəxəssislər bazar araşdırması, texniki yoxlamalar və iqtisadi analizlər yolu ilə obyektiv dəyərləndirilmə aparırlar. Bu prosesin sonunda əsas vəsaitlərin real bazar dəyəri müyən edilir və maliyyə hesabatlarında dəqiq əks olunur.

Düzgün qiymətləndirilmə aparmaq maliyyə risklərini minimallaşdırmaqla yanaşı, investisiya cəlb etmə prosesinə də müsbət təsir edər. Müəssisə rəhbərliyi maliyyə planlaması və biznes strategiyalarını bu qiymətləndirilmənın nəticələrinə əsaslanaraq formalaşdırmalıdır.

COPYRIGHT @ CASPIANAUDIT - 2025