1998-ci ildən Bakı şəhərində fəaliyyət göstərən Majesty şirkəti Azərbaycanda yüksək keyfiyyətli optika xidməti göstərən ilk peşəkar şirkətdir.
Majesty mükəmməl optika salonu olaraq müştərilərə kontakt və qeyri kontakt göz korreksiyasına aid məhsul və xidmətlərin
(eynək, linza) satışı ilə yanaşı təcrübəli və yüksək səviyyəli tibbi yardım göstərir:
Oftalmoloq məsləhəti;
Kompleks şəkildə müaynə;
Görmə qabiliyyətinin yoxlanılması;
Korreksiya vasitələrinin fərdi seçimi;
Görmə defekti olan insanlar üçün lazımi material və dərman preparatlarının təyini.
Sifarişin ünvana çatdırılması, xəstəlik tarixinin aparılması da salonun xidmətlərinə daxildir. Əməkdaşlarımızın təcrübəsinin artırılması və onların müxtəlif seminar, trenninqlərdə iştirakı yeganə məqsədimiz olan – müştərilərin təlabatını ödəməyə hesablanıb. Hər bir müştərinin özünü rahat hiss etməsi, keyfiyyətli və olduqca qısa bir müddətə zəruri xidmətlərin əldə etməsi Majesty-nin əsas prinsipidir. Məhz bu səbəbdən Majesty hər bir müştəriyə fərdi yanaşma prinsipini önə çəkir. Buna misal olaraq 2008-ci ilin əvvəlindən başlayaraq salon müştərilərin vaxtının qənaətinə yönəlmiş “bir saata eynək” prinsipi ilə fəaliyyət göstərir.