Yüklənir... / Loading...
Ən son istehsallardan...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına uyğun olaraq məktəbli formaları
Qısaca tarixçəmizdən
0.1
Qısaca
Müəssisə 1937-ci ildən Volodarski adına tikiş fabriki olaaq fəaliyyətə başlamış, 1999-cu ildə özəlləşdirilərək “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Müəssisədə 19881989-cu illərdə əsaslı surətdə yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. BTE-nin ümumi sahəsi 22300 kv.m-dir. Müəssisədə 1,2,3,4,5 saylı tikiş sahələri, hazırlıq, sınaq, biçim saələri və bunlardan başqa laboratoriya, buxarxana, ütü və presləmə sahələri fəaliyyət göstərirlər. Müəssisə 1991-ci ildə Azərbaycan Respublikasının ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlamış və bu sahədə böyük təcrübə qazanaraq ixtisaslaşmışdır.
0.2
Bəzi
Biz, “Baki Tikiş Evi” Açiq tipli Səhmdar Cəmiyyəti olaraq Sizlərə keyfiyyətli Xidmət etməkdən zövq aliriq. Bizim əsas məqsədimiz keyfiyyətli iş görməklə müştərini məmnun etmək, etibarini qazanmaq və daxili bazarda lider olmaqla xarici bazara çixmaqdi. Bunun üçün imkanlarimiz genişdir. “Bakı Tikiş Evi” ASC həmçinin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 2008-ci ildən həqiqi üzvüdür (Şəhadətnamə N00105; 21.07.2008). Müəssisədə 600 nəfər işçi çalışır. Onlardan 75 nəfəri ali savadlı mühəndis və texnoloqlar, 40 nəfəri isə orta texniki savadlı işçilərdir. Mütəxəssislərin çoxu çoxillik təcrübəyə malik, keçmiş sovetlər birliyinin ayrı-ayrı şəhərlərində təhsil almış, xarici ölkələrin təcrübəsini qazanmış işçilərdir. 1998-ci ildə Respublikada ilk dəfə olaraq bizim mütəxəssislər tərəfindən NATO sisteminə uyğun hərbi modellər, 2007-ci ildə isə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə yeni modellər hazırlayaraq istehsal etmışdir. Təsadüfi deyildir ki, bizim müəssisə güc nazirliklərinin, əsasən də Müdafiə Nazrliyinin qeyri-rəsmi baza müəssisəsi kimi fəaliyyət göstərərək müasir tələblərə cavab verən yeni modellər hazırlayaraq istehsal etmişdir.
0.3
Baş tacımız
“Bakı Tikiş Evi” ASC Azərbaycanda yeganə tikiş müəssisəsidir ki, Türk Standartları İnstitutu tərəfindən verilmiş KY-1885-03\KG-02 saylı 18.09.2003 tarixli TS-EN-İSO 9001:2001 (AQAP) Dünya Keyfiyyət Sertifikatına malikdir və bu sistemin şərtlərinə uyğun olaraq çalışır. Bu sertifikata sahib olmaq imkan vermişdir ki, “BTE” ATSJ 11-13 oktyabr 2002-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş Dünya Tekstil və Geyim Sərgisində iştirak etmiş və öz istehsalı olan hərbi və mülki geyimləri uğurla nümayiş etdirərək təşkilatçılardan təşəkkürnamə almışdır.
Sizin üçün...
Sizin üçün:
--
həmişə asandır...
Gəlin
Daha yaxın olaq.
“BAKU STITCHING HOUSE” JOSC
Gəlin
Daha yaxın olaq.