SENDVİÇ PANEL TİPLİ DAM ÖRTÜYÜN XÜSUSİYYƏTLƏRİ:
- Bu tipli dam örtüyü istilik izolyasiyası, yanğına davamlılıq və su keçirməzlik məqsədləri ilə istifadə olunur.
 - Rahat quraşdırılır.
 - İki tərəfdən polad lövhələr, onların arasında isə PUR yapışqanı ilə yapışdırılan penoplast (penopolistirol) istifadə olunur.
 - Sendviç panellər iki cür olur: divar və dam üçün.
 - Divar panelinin eni 1200 mm, effektiv eni isə 1170 mm-dir.
 - Dam panelinin eni 1160 mm, effektiv eni isə 1100 mm-dir.
 - Panelin uzunluğu: 12000 mm-ə qədər.
 - Penoplast (penopolistirol) yanmayan materialdan hazırlanır.
 - Penoplastın sıxlığı: 10-35 kq/m³.
 - Penoplastın qalınlığı: 40 – 100 mm.
 - Polad lövhələrin qalınlığı: 0.30 – 0.50 mm.
 - Polad lövhələr sinklənmiş və ya sinklənmiş polimer örtüklü ola bilər.
 - Rəng: K7 RAL kataloqu əsasında seçilir.
 
      
      
	