Dam örtüyü sahəsində 10 ildən artıqdır ki, fəaliyyət göstəririk. Müasir metal dam örtüklərinin və aksesuarlarının müxtəlif növlərinin istehsalını və satışını həyata keçiririk. Şirkətimiz etibarlı xarici istehsalçılarla əməkdaşlıq edərək, xammalı Avropa, Qazaxıstan və Çin ölkələrindən tədarük edir və müasir avadanlıqlarda hazır məhsullar stehsal edir. Xammal, sinklənmiş və ya sinklənmiş polimer örtüklü polad vərəqələr rulon şəklində ölkəmizə gətirilir.

Biz PP20, PP22, PP50, PP60 tipli profnastil, Adamante və Monterrey tipli dam örtükləri, həmçinin sendviç panellər (dam və divar üçün) və kenet tipli dam örtükləri istehsal edirik. Aksesuarların həm yumru, həm də kvadrat formalı istehsalı mümkündür.

Dam – evinizin yuxarı konstruksiyası olmaqla, əsas elementlərdən biridir; o, atmosfer yağıntılarından, yaşayış yerindəki istiliyi və rütubəti qorumaq funksiyasını yerinə yetirir. Dam, həmçinin memarlıq baxımından binaya gözəl estetik görünüş bəxş edir.

Buna görə də şirkətimizin əsas prinsiplərindən biri, müştərilərimizə keyfiyyətli və geniş çeşidli dam örtükləri ilə yanaşı, əlverişli qiymətlər təklif etməkdir.

Müştərilərimizin rahatlığını və məmnuniyyətini təmin etmək bizi borcumuzdur. Azərbaycanda, eləcə də azad olunmuş torpaqlarımızda yüksək keyfiyyətli dam örtüklərinin və dam üçün vacib olan bütün aksesuarların hazırlanmasını bizə etibar edin!

Sizi şirkətimizdə görməkdən şad olarıq!