Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974–1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, «Fərqlənmə diplomu» ilə bitirmişdir. Rusiyanın Sankt Peterburq şəhərindəki V. Muxina adına Sankt Peterburq Ali Rəssamlıq Məktəbini (1978–1983) fərqlənmə diplomu ilə bitirmişdir. 1980–1983-cü illərdə V. Lenin təqaüdçüsü olmuşdur. Azərbaycan heykəltəraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının Xalq rəssamı (2005). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru.
Mükafatları
- Respublika Gənclər Mükafatının laureatı — 1989
- Azərbaycan Rəssamlar İttifaqının «Soltan Məhəmməd» mükafatı — 2000
- «Azərbaycan Respublikasının Xalq Rəssamı» fəxri adı — 28 dekabr 2005
- Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Zirvə» mükafatı — 2008\
- Avstriyanın I dərəcəli «Cəngavər Ordeni»(Qızıl) — 2015
- «Şöhrət» ordeni — 9 avqust 2018
Əsərləri
- Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985)
- Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990)
- Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004)
- Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006)
- Heydər Əliyevin abidəsi (Tiflis, 2007)
- Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi)
- Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010)
- Heydər Əliyevin abidəsi (Həştərxan, 2010)
- Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011)
- Motsartın abidəsi (Bakı, 2011)
- Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011)
- Heydər Əliyevin abidəsi (Belqrad, 2011)
- Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011)
- Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012)
- Xocalı soyqırımı abidəsi (Mexiko, 2012)
- Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013)
- Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013)
- Xocalı soyqırımı abidəsi (Ankara, 2013)
- Dostluq Abidəsi («Bakı-Həştərxan», 2013)
- Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014)
- Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019)
Memorial lövhələr
- Məmməd Səid Ordubadi (1987)
- Abdulla Şaiq (1988)
- Xurşudbanu Natavan (1989)
- Cəlil Məmmədquluzadə (1992)
- General-Leytenant Hüseyn Rəsulbəyov (1993)
- Afiyəddin Cəlilov (1994)
- Akademik Lətif İmanov (1995)
- Şövkət Ələkbərova (1996)
- İlyas Əfəndiyev (1997)
- Mirvarid Dilbazi (2004)
- Əli Tudə (2005)
- Cabir Novruz (2006)
- Nəsrulla Nəsrullayev (2006)
- Zeynal Cabbarzadə (2007)