Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974–1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, «Fərqlənmə diplomu» ilə bitirmişdir. Rusiyanın Sankt Peterburq şəhərindəki V. Muxina adına Sankt Peterburq Ali Rəssamlıq Məktəbini (1978–1983) fərqlənmə diplomu ilə bitirmişdir. 1980–1983-cü illərdə V. Lenin təqaüdçüsü olmuşdur. Azərbaycan heykəltəraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının Xalq rəssamı (2005). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru.


Mükafatları

  • Respublika Gənclər Mükafatının laureatı — 1989
  • Azərbaycan Rəssamlar İttifaqının «Soltan Məhəmməd» mükafatı — 2000
  • «Azərbaycan Respublikasının Xalq Rəssamı» fəxri adı — 28 dekabr 2005
  • Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Zirvə» mükafatı — 2008\
  • Avstriyanın I dərəcəli «Cəngavər Ordeni»(Qızıl) — 2015
  • «Şöhrət» ordeni — 9 avqust 2018


Əsərləri

  • Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985)
  • Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990)
  • Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004)
  • Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006)
  • Heydər Əliyevin abidəsi (Tiflis, 2007)
  • Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi)
  • Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010)
  • Heydər Əliyevin abidəsi (Həştərxan, 2010)
  • Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011)
  • Motsartın abidəsi (Bakı, 2011)
  • Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011)
  • Heydər Əliyevin abidəsi (Belqrad, 2011)
  • Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011)
  • Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012)
  • Xocalı soyqırımı abidəsi (Mexiko, 2012)
  • Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013)
  • Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013)
  • Xocalı soyqırımı abidəsi (Ankara, 2013)
  • Dostluq Abidəsi («Bakı-Həştərxan», 2013)
  • Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014)
  • Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019)


Memorial lövhələr

  • Məmməd Səid Ordubadi (1987)
  • Abdulla Şaiq (1988)
  • Xurşudbanu Natavan (1989)
  • Cəlil Məmmədquluzadə (1992)
  • General-Leytenant Hüseyn Rəsulbəyov (1993)
  • Afiyəddin Cəlilov (1994)
  • Akademik Lətif İmanov (1995)
  • Şövkət Ələkbərova (1996)
  • İlyas Əfəndiyev (1997)
  • Mirvarid Dilbazi (2004)
  • Əli Tudə (2005)
  • Cabir Novruz (2006)
  • Nəsrulla Nəsrullayev (2006)
  • Zeynal Cabbarzadə (2007)