Select your language

Select your language

Çarpaz baxış

“Azərbaycanda bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Seçkilər  Məcəlləsinə əsasən sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən təşkil edilir. Azərbaycan bələdiyyələri seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqandır”.

Bu fikirləri Crossmedia.az-a açıqlamasında bələdiyyə məsələləri üzrə ekspert, hüquqşünas Fərman Salmanlı “Azərbaycanda bələdiyyə seçkiləri necə təşkil olunur və seçki prosesi hansı mərhələlərdən ibarətdir?” sualını cavablandırarkən deyib:

 “Bələdiyyə üzvü seçilmək istəyən şəxs müvafiq seçki dairəsinin ərazisində yaşayan və seçki hüququ olan Azərbaycan Respublikasının hər bir vətəndaşı daimi yaşadığı seçki dairəsi üzrə bitərəf olaraq, siyasi partiya və ya siyasi seçki bloklarından Seçki Məcəlləsinin 53 və 54-cü maddəsinə uyğun bələdiyyə üzvlüyünə namizədliyini vermək hüququna malikdir.
 Bələdiyyə seçkilərinin keçirilməsi və vaxtıın təyin edilməsi haqqında qərar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilir. Həmçinin bələdiyyə seçkilərinin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim Planı" təsdiq edilməsi məsələsində MSK-nın səlahiyyətlərinə  daxildir.
 Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar MSK tərəfindən ilk vacib addım məntəqə seçki komissiyalarının üzvləri tərəfindən müvafiq məntəqələr üzrə seçicilərin siyahısının dəqiqləşdirilməsidir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahısına daxil edilmiş seçicilər və ya yaşayış məntəqələri siyahıda əlifba sırası qaydasında və ya yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə yerləşdirilir.
 Siyahılarda seçicinin adı, soyadı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün ay və gün) daimi yaşadığı yerin ünvanı və seçki məntəqəsinin ünvanı göstərilir”.

Zeynəb Mirzəzadə

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il