Select your language

Select your language

Geosiyasət

“Bir qrup millət vəkilinin Ceyhun Bayramova ABŞ ilə müqavilələrə xitam verilməsi ilə bağlı müraciət ünvanlamalarını hesab edirəm ki, çox ciddi məsələdir. Əlbəttə, ABŞ-nin davamlı olaraq anti-Azərbaycan çalışmalarına qarşı hansısa tədbirlər görülməli idi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.

O vurğulayıb ki, ABŞ tərəfinin rəsmi və qeyri-rəsmi qurumlarının, şəxslərinin məsuliyyətsiz davranışları münasibətləri bu vəziyyətə gətirib çıxardı:

 “Amma davamlı olaraq bizimlə təzyiq, təhdid, hədə-qorxu dili ilə danışmaq düzgün deyildi və onların bizə qarşı hansısa sanksiyalar və s. tətbiq etmək istəmələri çox mənfi bir haldır. Bu problemin yaranmasının səbəbi ABŞ tərəfi olduğunu nəzərə alsaq,  problemin həllində, bu vəziyyətin düzəldilməsində də hesab edirəm ki, onlar aktiv olmalıdırlar, problemin həllinə çalışmalıdırlar. Əgər onlar addım atarlarsa və Azərbaycana qarşı sanksiya tətbiq etmək istəyən qurumlar fikirlərindən geri çəkilərlərsə, münasibətlər əvvəlki vəziyyətə qayıda bilər. Hətta ABŞ tərəfi münasibətləri inkişaf etdirmək istəsə, düşünürəm ki, bu məsələlərə yenidən baxmaq və yeni səhifələr açmaq olar”.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il