Select your language

Select your language

Avropa

Ukraynalı hakerlər Rusiyanın dövlət media resurslarına qarşı genişmiqyaslı hücuma cavabdehdir.

Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, Ukrayna hökumətindən olan mənbə, Ukraynalı hakerlərin Rusiyanın dövlət tele-radio yayım şirkətinə edilən kiberhücuma aidiyyəti olduğunu təsdiqləyib.

6 oktyabrdan 7 oktyabra keçən gecə Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK)  onlayn xidmətləri “misli görünməmiş haker hücumuna” məruz qalıb, lakin holdinqin məlumatına görə, bu, işlərinə ciddi təsir etməyib.

Kremlin sözçüsü Dmitri Peskov VQTRK-ya dəstək ifadə edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiyanın bu hücum məsələsini beynəlxalq təşkilatlarda qaldıracağını bəyan edib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il