Select your language

Select your language

Geosiyasət

Birinci mərhələdə Cəbrayılın Horovlu kəndinə 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür.

Trend xəbər verir ki, kəndin layihələndirilən ümumi ərazisi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin, yəni 867 ailənin yaşaması nəzərdə tutulub.

İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin, burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

 

Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

 

 

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il