Select your language

Select your language

Geosiyasət

VII çağırış Milli Məclisin komitələrinin tərkibləri formalaşıb.

Crossmedia.az xəbər verir ki, komitə üzvlərinin seçilməsi məsələsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Toplantıda parlamentin 15 komitəsinin tərkibi formalaşdırılıb.

Qeyd edək ki, Milli Məclisin 15 komitəsi var. Ötən iclasa komitələrin sədrləri və sədr müavinləri seçilib. Sözügedən komitələr və sədrləri aşağıdakılardır:

1. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - sədr Azər Əmiraslanov, sədr müavini Azər Badamov.

 

2. Elm və təhsil komitəsi - sədr Anar İskəndərov, sədr müavini Fariz İsmayılov.

 

3. Regional məsələlər komitəsi - sədr Siyavuş Novruzov, müavini Nurlan Həsənov.

 

4. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - sədr Arzu Nağıyev, müavini Qüdrət Həsənquliyev.

 

5. İnsan hüquqları komitəsi - sədr Zahid Oruc, müavini Arzuxan Əlizadə.

 

6. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - sədr Sadiq Qurbanov, müavini Fatma Yıldırım.

 

7. Aqrar siyasət komitəsi - sədr Tahir Rzayev, müavini Razi Nurullayev.

 

8. Əmək və sosial siyasət komitəsi - sədr Musa Quliyev, müavini Elşad Musayev.

 

9. Mədəniyyət komitəsi - sədr Polad Bülbüloğlu, müavini Günay Əfəndiyeva.

 

10. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - sədr Səməd Seyidov, müavini Nigar Arpadarai.

 

11. Səhiyyə komitəsi - sədr Əhliman Əmiraslanov, müavini Rəşad Mahmudov.

 

12. Ailə, qadın və uşaq məsələləri komitəsi - sədr Hicran Hüseynova, müavini Jalə Əliyeva.

 

13. Gənclər və idman komitəsi - sədr Şahin İsmayılov, müavini Könül Nurullayeva.

 

14. İctimai birliklər və dini qurumlar komitəsi - sədr Fazil Mustafa, müavini Sahib Alıyev.

 

15. Hüquq siyasəti və dövlət quruculuğu - sədr Əli Hüseynli, müavini Elşən Musayev.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il