Select your language

Select your language

Yaxın şərq

Suriyada İsrail Silahlı Qüvvələrinin paytaxt Dəməşqin Məzzə məhəlləsindəki yaşayış binasına endirdiyi zərbə nəticəsində ən azı yeddi mülki şəxs həlak olub.

Report xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin sosial şəbəkədə yayımladığı məlumatda deyilir.

“Bu gün axşam təxminən saat 20:15-də düşmən İsrail işğal olunmuş Colan təpələrindən hava hücumu həyata keçirərək üç raket buraxıb və Dəməşqin sıx məskunlaşmış Məzzə məhəlləsindəki yaşayış və kommersiya binalarından birinə hücum edib”, – məlumatda qeyd olunur.

Məlumata görə, hücum nəticəsində uşaq və qadınlar da daxil olmaqla yeddi mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il