Select your language

Select your language

Yaxın şərq

İsrail Müdafiə Qüvvələri Hizbullahının öldürülən baş katibi Həsən Nəsrullahın varisini və varisinin varisini məhv edib.

Bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib.

“Biz minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, həmçinin Nəsrullahın varisi və varisinin varisini öldürdük. Bu gün Hizbullah heç vaxt olmadığı qədər zəifdir”, - o qeyd edib.

Benyamin Netanyahu Livan vətəndaşlarını “ölkələrini geri almağa” və müharibənin bitməsi üçün Hizbullah döyüşçülərindən azad etməyə çağırıb. “Siz fərqli Livana layiqsiniz. Bu terrorçuların gələcəyinizi məhv etməyə davam etməsinə imkan verməyin”, - deyə İsrailin baş naziri bildirib.

Keçən həftə mətbuatda Nəsrullahın varisi, Hizbullahın yeni lideri adlandırılan Haşim Səfiəddinin ölüm xəbəri yayılıb. Oktyabrın 4-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu vurmasından sonra Səfiəddinlə əlaqə kəsilib, lakin Hizbullah onun ölümünü təsdiqləməyib. İsrailin müdafiə naziri Yoav Qallant onun böyük ehtimalla öldüyünü bildirib. Netanyahu “varisin varisi” dedikdə konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamayıb.

“Asharq Al-Awsat” nəşri yazır ki, müharibənin sonuna qədər Hizbullahın lideri olmayacaq və qərarlar kollektiv şəkildə qəbul ediləcək.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il