Select your language

Select your language

Yaxın şərq

Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümündə İsrailin Kopenhagendəki səfirliyinin təxminən 500 metrliyində partlayış baş verib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Polis hadisənin İsrailin diplomatik missiyasının binası yaxınlığındakı iki partlayışdan beş gün sonra baş verdiyini bildirib.

“Biz İsrail səfirliyi yaxınlığında baş vermiş əvvəlki insidentlə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair heç bir əlamət yoxdur", - Kopenhagen polis müfəttişi Trine Myöller jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Bununla bağlı 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, səfirliyin yaxınlığında partlayış törətməkdə təqsirli bilinən iki İsveç vətəndaşı terrorçuluqda ittiham olunub.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il