Select your language

Select your language

Yaxın şərq

İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün 4 illlik fasilədən sonra ilk dəfə Tehranda Cümə namazı qıldıracaq.

Modern.az xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, Tehran əhalisi cümə namazında iştirak etmək üçün səhər saatlarından İmam Xomeyni Müəlləsinin yanına axışmağa başlayıb.

Qeyd edək ki, cümə namazından öncə "Hizbullah"ın öldürülən lideri Həsən Həsrullaha anım mərasimi düzənlənəcək. Ardınca cümə namazı qlınıacaq.

Xameneinin cümə namazı zamanı xütbələr söyləyəcəyi, bəzi mesajlar verəcəyi, mühün bəyanatlar səsələndirəcəyi gözlənilir.

Bu arada İran prezidenti Məsud Pezeşkian sosial media hesabında Ayətullah Xameneinin iştirakı ilə qılınacaq cümə namazını dəyərləndirib.

Pezeşkiyan "Allahın izni ilə belə bir gündə inqilab rəhbərinin hüzurunda gücümüzü, birliyimizi və həmrəyliyimizi dünyaya göstərməliyik" deyib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il