Select your language

Select your language

İqtisadiyyat

Gürcüstan Azərbaycan startapları üçün 10 illik vergi güzəştləri verə bilər.

Crossmedia.az xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili Bakıda PAŞA Holdinqin təşkilatçılığı ilə keçirilən INMerge İnnovasiya Sammitində deyib.

Onun sözlərinə görə, gələn ilin sonunda Gürcüstanda innovativ startap statusu qəbul ediləcək ki, bu da startaplara ilk üç ildə sıfır vergidən, 10 il ərzində isə vergi güzəştlərindən istifadə etməyə imkan verəcək:

Nazir müavini qeyd edib ki, bu üstünlüklər təkcə Gürcüstan vətəndaşlarına deyil, həm də xarici startaplara şamil olunacaq:

"Gürcüstan cəmi 3,7 milyon əhalisi olan kiçik bazar olmasına baxmayaraq, cəlbedici biznes və investisiya mühitinin yaradılmasında həmişə çox ardıcıl olub. Lakin biz bunu müxtəlif ölkələrlə imzalanmış azad ticarət müqavilələri ilə balanslaşdıra bilmişik".

Gültac Mehdizadə

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il