Select your language

Select your language

İqtisadiyyat

“Halal” sertifikatı istehlakçılarda halal məhsul və xidmətlərlə bağlı etimad formalaşdıracaq.

Trend xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Beləliklə, AZSTANDART beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib.

“Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqi və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

Qeyd: 2022-ci ildən etibarən Azərbaycan Respublikasının İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatında (SMIIC) üzvlüyü təmin edilib. AZSTANDART tərəfindən SMIIC-in 17 standartlaşdırma üzrə texniki komitəsində təmsilçilik həyata keçirilir. Bugünədək AZSTANDART tərəfindən halal məhsullar və xidmətlərlə bağlı SMIIC standartları əsasında 6 yeni dövlət standartı qəbul edilib, 23 əməkdaş SMIIC, Halal Akkreditasiya Qurumu (HAK), Türk Standartlar İnstitutu (TSE) və digər nüfuzlu qurumların təşkil etdiyi təlimlərdə iştirak edərək halal sertifikatlaşdırma və ISO 22000:2018 "Qida təhlükəsizliyi idarəetmə sistemi" beynəlxalq standartı üzrə beynəlxalq səviyyədə tanınan baş auditor sertifikatlarını əldə ediblər.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il