Select your language

Select your language

İqtisadiyyat

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köç etmiş vətəndaşlar üçün "Coursera" tədris platformasında müxtəlif istiqamətlər üzrə ödənişsiz kurslar təqdim olunacaq.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu layihə "Milli Coursera" layihəsi çərçivəsində reallaşacaq: "Biz aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində orda yaşayan insanlar üçün tələb olunan bilik və bacarıqlar üzrə kurslar təşkil edəcəyik. Bu ilin sonu-gələn ilin əvvəlində proqramın istifadəyə verilməsi gözlənilir".

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu və “Coursera” şirkəti ilə birgə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədi ilə vətəndaşların rəqəmsal biliklərinin artırılmasını hədəfləyən “4Sİ Akademiyası” layihəsinə start verilib. Eyni zamanda, layihənin məqsədi ölkədə qabaqcıl texnologiyalar və rəqəmsal sahədə bilik və bacarıqların artırılmasına, əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihənin I mərhələsində 10 000 Azərbaycan vətəndaşı üçün süni zəka, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə 800 kurs və təlimdən ödənişsiz əsaslarla istifadə etmək imkanı yaradılıb. Bura Yel, Dyuk, London, Miçiqan, İllinois, Virciniya kimi 40-a qədər nüfuzlu universitetin, həmçinin, “Google”, “IBM”, “Microsoft”, “Meta” kimi qabaqcıl texnologiya şirkətlərinin kursları aiddir.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il