Select your language

Select your language

İqtisadiyyat

"Yaşıl iqtisadiyyat" yeni ixtisasların yaranmasına səbəb olur.

Report xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədrinin birinci müavini Arzu Hüseynova Bakıda "Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.

Onun sözlərinə görə, amma bu, iş yerlərinin bağlanmasına səbəb olmur: "Kompüter, informasiya texnologiyaları kimi sahələr inkişaf edəndə işsizliyin artacağı ilə bağlı narahatlıqlar var idi. Amma bu, işsizliyin artması ilə deyil, bir ixtisasın digəri ilə əvəz olunması ilə nəticələndi".

O qeyd edib ki, yaxın 10 ildə "yaşıl enerji"yə tam keçid olmayacaq: "Amma bu dövr ərzində ixtisaslaşmaların baş verməsi zəruridir".

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il