Select your language

Select your language

Siyasi

“İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”. Bunu ABŞ- nin vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris söyləyib.
İran- İsrail müharibəsinin başlama ehtimalının olduğu bir vaxta K.Harrisin İranı düşmən mövqedə görərək açıqlama verməsi ABŞ- nin bu müharibənin başlamasında maraqlarının olduğunu göstərir.

Mövzunu Crossmedia.az-a şərh edən siyasi analitik Kənan Novruzov burada bir neçə məsələnin olduğunu bildirib: 

"Əvvəla qeyd edim ki, İran- İsrail müharibəsi gedir. Sadəcə olaraq bu, birbaşa müharibə deyil. Birbaşa müharibənin başlama ehtimalı var. Ümumiyyətlə, ABŞ həmişə Şərq dövlətlərinə qarşı o cümlədən Rusiya, Çin və İrana qarşı olub. Və bu məsələdə Kamala Harrisin təmsil etdiyi demokratlar respublikaçılardan daha radikaldır. Məsələn, yada salsaq görərik ki, indi prezidentliyə namizəd olan Donalt Trampın hakimiyyəti dövründə münasibətlər bu qədər radikal deyildi. Çünki Donalt Tramp daha yumuşaq güc vasitələrindən istifadə etməyin tərəfdarıdır" 

Ekspert ABŞ- nin müharibəyə qoşulma ehtimalından da danışıb:

"ABŞ- nin bir başa müharibəyə qoşulmayacaq. Bu, ABŞ üçün çox ciddi səhv olar. İstər Respublikaçılarda, istər Demokratlarda bu addıma gedəcək axmaq  siyasətçinin olduğunu düşünmürəm. ABŞ özünün təsir göstərə biləcəyi oyunçular vasitəsilə rəqiblərini zəiflədir. Məsələn Şərqi Avropada təsir göstərə biləcəyi aktor Ukrayna idi. Ukraynanın əli ilə Rusiyanı bataqlığa saldı. Eyni şeyi Yaxın Şərqdə də edir. İsrailin əli ilə İranı bataqlığa salmağa çalışır. Bunu yenidən Cənubi Qafqazda etməyə çalışır. Ermənistanın vasitəsilə Cənubi Qafqazda yeni bataqlıq yaradır, yeni gərginlik ocağı yaratmaq istəyir. Onun birinci məqsədi rəqiblərini: Şərqi Avropada, Cənubi Qafqazda Rusiyanı, Yaxın Şərqdə İranı zəiflətmək, ikinci bu proseslərin fonunda özünün regionda təsir imkanlarını gücləndirmək, silah biznesini təmin etmək, dördüncü təsir göstərə biləcəyi dövlətləri özündən daha da asılı vəziyyətə salmaq və bundan sonra onlara müəyyən direktivlər verməkdir"

Siyasi analitik sonda İsrailin ABŞ- dan asılı olması məsələsinə də toxunub:

"İsrail ABŞ- dan silah baxımından asılı vəziyyətdədir. ABŞ İsraili perspektivdə İranla bir başa müharibəyə çəksə, İsrail ondan mübarizə aparmaq üçün daha çox silah istəyəcək. Təbii ki, bu zaman ABŞ dediklərinin yerinə yetirikdiyi təqdirdə ona silah verəcək. Necə ki eyni şeyi bu gün Ukrayna və Ermənistanda edir.
ABŞ- nin müharibəyə qoşulmasına ehtiyacı yoxdur. Onun imkanları o qədərdir ki, o başqa bir oyunçu vasitəsilə də masada öz sözünü deyə bilir".

Banuçiçək Kalbalıyeva

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il