Select your language

Select your language

Siyasi

"1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalıb".

Bu sözləri Prezident İlham Əliyev aşıq Ələsgərin abidəsinin açılışında səsləndirib.

İlham Əliyev çıxışında bildirib ki, biz Qərbi Azərbaycana qayıdış dövrünü də görəcəyik.

O, "hədəflərin düzgün seçilməsi" məsələsinə də toxunub.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov "Crossmedia.az "a açıqlamasında Prezident İlham Əliyevin çıxışında çox mühim mesajlar verdiyini və bu mesajların xeyli hissəsinin Qarabağ və Şərqi Zəngəzurla bağlı olduğunu bildirib:

"Prezidentin səsləndirdiyi fikirlərin çox hissəsi Qərbi Azərbaycandan olanların öz ata- baba torpaqlarına qayıtması ilə bağlı idi. Son dövrlər Azərbaycanın xarici siyasət kursunda Qərbi Azərbaycana qayıdış məsələsi xüsusi prioritetdir. Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birini bu təşkil edir. Azərbaycan Qərbi Azərbaycana qayıdışı dinc yolla həll etməyə maraqlıdır. Və bunun üçün bütün mümkün yollardan istifadə edir.

Bu gün dünyada çox ciddi geosiyasi proseslər o cümlədən kataklizmlər baş verir, Qərb və Şərq qütübləşməsi sürətlənir, dünya dövlətləri öz qütblərini seçirlər, çaxnaşmalar artır. Belə olan vaxtda dövlətlərin öz təhlükəsizliklərini təmin etmək məqsədi ilə xarici siyasət kurslarını müəyyənləşdirməkləri çox vacibdir. Bu istiqamətdə düzgün hədəflər müəyyənləşdirilməlidir.

Siyasi analitik Azərbaycanın xarici siyasət kursunda çox konkret hədəfləri müəyyənləşdirməyi bacardığına diqqət çəkərək bu hədəflərdən birincisinin Qərbi Azərbaycana qayıdışla bağlı, ikincisinin Türk dövlətləri arasında inteqrasiyanı təmin etməklə bağlı olduğunu bildirib:

"İlham Əliyevin dediyi kimi Azərbaycanın türk dövlətlərindən başqa ailəsi yoxdur. Eyni zamanda Azərbaycan balanslı xarici siyasət kursunu bu gündə davam etdirir. Həm Qərb, həm də Şərq dünyası ilə əlaqələrini mümkün qədər inkişaf etdirir. Məsələn Azərbaycanın BRİCS- ə üzvülüklə bağlı müraciəti yeni geosiyasi reallıqların tələbi idi.

Qərb dövlətlərinin Azərbaycana qarşı riakar mövqeyinə də adekvat cavab verilir. Bu kontekstdə biz Fransanı misal göstərə bilərik. Fransa özünün Cənubi Qafqazdakı maraqlarını təmin etmək məqsədi ilə Ermənistanı istifadə edir, Azərbaycana qarşı qarayaxma kompaniyalarına, təziq vasitələrinə əl atır. Azərbaycan isə haqlı olaraq Fransanın kolonialist və neokolonialsit siyasətinə qarşı mübarizə aparır. Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların səsini dünya ictimaiyyətinə çatdırır. Nəticə etibarı ilə əslində Fransa, ABŞ, Niderland hakimiyyəti özlərinin siyasi səriştəsizliyini göstərirlər. Onlar Cənubi Qafqazda olmaq üçün regionun əsas siyasi aktoru olan Azərbaycanla hesablaşmaq əvəzinə ona qarşı dururlar və böləgədəki təsir riçaklarını azaldırlar".

K. Novruzov sonda qeyd edib ki, bütün bunlar və Azərbaycanın xarici siyasət prioritetləri üzrə məqsədyönlü hərəkəti onu deməyə əsas verir ki, hədəflər kifayət qədər dəqiq seçilib. Əks halda bu gün Azərbaycan nəinki regionun bütövlükdə beynəlxalq geosiyasi müstəvinin əsas siyasi oyunçularından biri olmazdı və Azərbaycanla hesablaşmazdılar.

Banuçiçək Kalbalıyeva

 

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il