Select your language

Select your language

Siyasi

2020- ci il vətən müharibəsinin sonunda imzalanan üçtərəfli bəyanatın şərtlərinin Ermənistan tərəfindən tam olaraq hələ də yerinə yetirilməməsi təəssüf doğurur. Minalanan ərazilərin xəritələrinin Azərbaycana verilməməsi, Zəngəzur dəhlizinin açılmasına mane olunmağa çalışılması, sülh müqaviləsinin gecikdirilməsi, əsir və itkin düşən şəxslər barəsində məlumatların verilməməsi, eləcə də rəsmi İrəvanın müharibə cinayətkarlarını cəzalandırmaması onun riyakar siyasətindən xəbər verir. 
Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə Ermənistanın bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmaları barədə paylaşıb edib. O paylaşımında bildirib ki, Ermənistan bütün bu cinayətlərə görə dövlətin məsuliyyətini etiraf edərək keçid ədalətinə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır. Ermənistanın bütün müharibə cinayətkarlarını cəzalandırması üçün Azərbaycanın hansı addımları atacağı isə maraq doğurur.

Mövzunu Crossmedia.az - a şərh edən siyasi analitik Kənan Novruzov Azərbaycanın haqlı və qalib tərəf, eləcə də regionda siyasi reallıqları diqtə edən siyasi aktor olmaqla yanaşı beynəlxalq geosiyasi sistemdə öz sözünü deyə bilən oyunçulardan biri olduğuna diqqət çəkib:

"Azərbaycanı gücləndirən əsas faktorlardan biri onun beynəlxalq geosiyasi sistemdə öz sözünü deyə bilən oyunçulardan olmasıdır. Rəsmi Bakı bundan istifadə edərək Ermənistanın cəzalandırılması üçün bütün müvafiq distansiyalara müraciət etməlidir. O cümlədən Beynəlxalq Ədalət Məhkəməsinə davamlı müraciətlər olunmalıdır.  Azərbaycanın özü bu məsələni daim Ermənistan hakimiyyətinin başı üzərindəki "Damokl qılıncı"na çevirməlidir". 

Siyasi analitik sonda Ermənistanın Azərbaycana təzminat ödəməli olduğuna da diqqət çəkib:

"Ermənistan 30 il ərzində Azərbaycana maddi və mənəvi ziyan vurub və bununla əlaqədar olaraq o, Azərbaycana təzminat ödəməlidir. Bu təzminatı ödəməyə maddi vəsaiti yoxdursa, Qərbi Azərbaycan torpaqları, o cümlədən Zəngəzuru təzminat kimi Azərbaycana qaytara bilər.  Rəsmi Bakı bu məsələni daim gündəlikdə saxlamalıdır".

Banuçiçək Kalbalıyeva

 

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il