Select your language

Select your language

Siyasi

İran-İsrail müharibəsi durmadan davam edir və İranın İsrailə 1 oktyabrdakı raket hücumunda diqqətçəkən məqamlardan biri də atəşin Təbriz və Güney Azərbaycanın digər ərazilərindən açılması idi. Politoloq Turan Rzayev "Facebook" sosial şəbəkəsindəki hesabında mövzu ilə bağlı status paylaşıb.

Crossmedia.az statusu təqdim edir:

"Birincisi, İran İsrailin 1 oktyabrdakı raket hücumuna daha sərt cavab zərbəsi vuracağını yaxşı bilir. Təcrübəyə əsaslansaq, ilk hədəf adətən hücumun edildiyi bölgə, obyekt və ya məkan olur. Yəni məntiqlə İsrail cavab zərbəsini ilk Təbrizə endirməlidir. Fikrimcə, İran Tehran, İsfahan, Yəzd, Məşhəd, Kirman, Bəndər-Abbas kimi ərazilərin vurulmaması üçün Təbrizi və Güney Azərbaycanın digər şəhərlərini hədəfə gətirir. 

İkincisi, Təbriz sırada şəhər deyil və İsrailin buranı vurması proseslərin seyrini dəyişə bilər. İran bunu yaxşı bilir. Hər şeydən öncə Təbriz
Güney Azərbaycanın mərkəzi şəhəridir. Əhəlinin mütləq əksəriyyəti isə müsəlman azərbaycanlılardır. İsrail Tərbizdəki hərbi obyektləri vurduğu an İran bunu “İsrail Təbrizi vurdu” ya da “İsrail azərbaycanlılara soyqırım” edir kimi təqdim edəcək. Bu isə öz növbəsində həm dünya azərbaycanlılarının, həm də türk dünyasının İsrailə qarşı cəbhə almasına səbəb ola bilər.

Onu da deyim ki, son illərdə İsrail-Güney Azərbaycan məsələsi olduqca aktivdir və bu, Tehranı narahat edir. Əslində, İsrailin Təbrizi
vurması İran üçün göydəndüşmə olar.

Üçüncüsü, İsrailin Təbrizi vurması Təl-ƏvivləBakının arasını aça bilər. Hətta belə bir addımın atılmasının iki ölkənin münasibətlərinin
gərginləşməsinə səbəb olması da mümkündür. Bakı və bütövlükdə Azərbaycan xalqı belə bir hücumu heç bir halda təmkinlə qarşılamaz. Azərbaycan ictimaiyyəti də məsələyə səssiz qalmaz və İsrail ciddi tərəfdar itirər. Bu da İranın arzuladığı ssenaridir.

Nəticə etibarilə İran İsrailə raket hücumunu Təbrizdən edərək yuxarıda qeyd etdiklərimə nail olmaq istəyir. İstisna deyil ki, İsrail də bu tələni
sezib. Yəni Təl-Əvivin Bakıya rəğmən Təbrizi vurması real deyil. Lakin İsrail 1 oktyabrdakı raket hücumuna gec-tez cavab cavab verəcək.

Aytac Kərimova

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il