Select your language

Select your language

Siyasi

“Hazırda Türkiyə və İsrailin maraqları Yaxın Şərqdə kəskin şəkildə toqquşur”.

Bu fikirləri Crossmedia.az-a açıqlamasında İsrail-Türkiyə münasibətlərini şərh edən siyasi şərhçi Elçin Xalidbəyli deyib:

“Türkiyə İsrailin Fələstinə və Livana qarşı hərbi əməliyyatlarına sərt şəkildə etiraz edir, amma bütün bunların hansısa mərhələdə Türkiyə və İsrail arasında hərbi münaqişəyə çevrilmə ehtimalı o qədər də yüksək deyil. Türkiyə İsrailə siyasi xarakterli etiraz edir, hərbi proseslərə müdaxilə etmək niyyətindən uzaqdır, çünki Türkiyənin özünün problemləri var. Problemlərin əsasında o dayanır ki, Türkiyə PKK terror təşkilatına qarşı mübarizə aparır, öz ərazilərinin toxunulmazlığını təmin etməyə çalışır və ümumiyyətlə, Türkiyə İsraillə bağlı münasibətlərini beynəlxalq məkanda beynəlxalq hüquq normaları çərçivəsində gündəmə gətirməyə çalışır. Bu baxımdan Türkiyə və İsrail arasında hərbi toqquşma və ümumiyyətlə, Türkiyənin Yaxın Şərqdə baş verən hərbi münaqişəyə öz ordusu ilə müdaxilə etmə ehtimalı inandırıcı deyil”. 

Qiymət Mahir

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il