Select your language

Select your language

Siyasi

8 oktyabr tarixində Rusiya Prezidenti Vladimir Putinin Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi ayrı-ayrı görüşlər Cənubi Qafqazda regional gərginliklərin aradan qaldırılması cəhdlərinin bir hissəsi kimi diqqət mərkəzinə düşdü. Bu görüşlər, MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclası fonunda baş tutdu və Ermənistan-Azərbaycan münasibətləri, Zəngəzur dəhlizi və bölgədəki digər strateji məsələlərin müzakirəsinə həsr olundu.
Crossmedia.az  xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz sosial media hesabında paylaşıb: ”Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi. Alınmadı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb. Uşakovun sonrakı cümləsi diqqət çəkib: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənməyib”. Uşakov “bəziləri” dedikdə kimi və ya kimləri nəzərdə tutub? Əslində Bakı ilə İrəvan arasında sülh sazişiylə bağlı fikir ayrılığı ortadan qaldırılmadığına görə, görüşə ehtiyac olmayıb. Buna baxmayaraq, İlham Əliyev və Nikol Paşinyan ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirmişdilər. Şoltsdan fərqli olaraq Putində alınmadı”.

 Həmçinin əlavə edib ki: “Bu həm də onunla əlaqədardır ki, Bakı və İrəvanın Moskva ilə tərəfdaşlıq münasibətləri olsa da, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı deyil. Doğru olan da budur. Məsələlərin həlli birbaşa danışıqlardan keçir”.

Maral Şahverdili

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il