“Prezident İlham Əliyev son zamanlar Qərb ölkələrində Azərbaycana qarşı başlayan “səlib yürüşü”nə münasibət bildirir”.
Bu fikirləri Crossmedia.az-a açıqlamasında Prezident İlham Əliyevin 4 oktyabrda Cəbrayıl sakinləri ilə görüşü zamanı ABŞ və digər Qərb ölkələrinin siyasətinə dair kəskin tənqidlər səsləndirməsini şərh edən siyasi şərhçi Əziz Əlibəyli deyib:
“Əslində Azərbaycan tərəfi də artıq xarici siyasətdə hiss və müşahidə edir ki, Qərb birləşmiş şəkildə Azərbaycana iftira atmaq, ləkələmək, qaxayaxma, Azərbaycana qarşı sanksiyalara əsaslar formalaşdırmağa çalışır və bunu müxtəlif adlar altında, müxtəlif saxta arqumentlərlə, bitmiş məsələlər üzərindən etməyə çalışırlar. Görünür ki, Qərbdə Azərbaycan əlehinə sanksiyalarla bağlı böyük ölçüdə addımlar atmağa çalışırlar. Prezidentin cavabı məhz onlaradır”.
Qiymət Mahir