Select your language

Select your language

Siyasi

Son günlər erməni türkoloq Varujan Qeqamyanın açıqlamaları Ermənistan-Azərbaycan münaqişəsi kontekstində geniş müzakirələrə səbəb olub. Qeqamyanın sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın demilitarizasiyası ilə yanaşı, Ermənistan ordusunda xidmət etmiş hərbçilərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Onun iddiasına əsasən, bu tələb yerinə yetirildiyi təqdirdə, Ermənistanda və ya Qarabağda döyüşmüş şəxslərin Azərbaycan tərəfindən təqib olunaraq həbs edilə bilər.
Bu mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan tərəfinin tələbi haqlıdır və beynəlxalq hüquqa söykənən bir tələbdir:

"Vaxtı ikən Ermənistan ordusunda xidmət keçərkən Azərbaycan mülki və hərbi qulluqçularına qarşı zorakılıq etmiş, cinayət törətmiş şəxslərdən söhbət gedir. O şəxslər hansılar ki, Azərbaycan əsirlərinə və yaxud da mülki insanlarına qarşı silah işlədiblər, onlara qarşı fiziki zorakılıq tətbiq ediblər. Sözsüz ki, o insanlar mütləq mənada cəzalandırılmalıdır.  Azərbaycan Hərbi Prokurorluğunda, Baş Prokurorluğunda minlərlə bu istiqamətdə işlər var. O işlərə əsaslanaraq Azərbaycan belə bir təklif irəli sürür."
Hərbi ekspert söyləyib ki,Ermənistan Azərbaycanın tələblərini ya təmin etməlidir, ya da ki, təkzib etməlidir:

"Burada ən böyük yük Azərbaycan tərəfinə düşür. Azərbaycan Hərbi Prokurorluğu ilə Baş Prokurorluğu aparılan cinayət işlərini yekunlaşdırmalıdır və həmin o  haqqında danışılan şəxslər İnterpol xətti ilə axtarışa verilməlidir və həbs olunmalıdır. Çünki onlar zamanında hərbi cinayətlərə əl atıblar və hərbi cinayətlər bu gün dünyada ən ağır kateqoriyalı yeni cinayətlər sırasındadır. Beynəlxalq konvensiyalara əsasən yeni hərbi xidmətdə olan şəxslər düşünməməlidirlər ki, kimisə öldürdülər, yaraladılar, qadın və qocalara,uşaqlara qarşı zorakılıq göstərdilər cəzasız qalacaq. Bu mümkünsüzdür. Mən düşünürəm ki, bütün bu məsələlər mütləq mənada araşdırılmalıdır və sona çatdırılmalıdır və bu insanlar da öz cəzasını almalıdır. Azərbaycan dövlətinin  tələbi haqlıdır və bu tələblərlə mütləq mənada həm dəstəklənməlidir, həm də yerinə yetirilməlidir". 

Nihat Tahirov

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il