Select your language

Select your language

Siyasi

Bəzi mənbələr artıq bildirir ki, vahid pul sisteminə keçid tətbiq edilə bilər. Vahid əlifbanın qəbul edilməsi məsələsi Turan üçün elə özü bir başlanğıc idi. Turan "səssizcə" qurulur?

Məsələ ilə bağlı siyasi şərhçi Kazım Kazımov Crossmedia.az-a açıqlamasında bildirib ki, bu gün Türk Dövlətləri arasında münasibətlər inkişaf edir və Türk Dövlətləri arasında siyasi iqtisadi anlamda çox uğurlu addımlar atılır.
 
“Təsadüfi deyil ki, cənab Prezident inaqurasiya mərasimində də “Azərbaycanın yeri Türk Dünyasıdır” ifadəsini işlədib. Bu, sürətli gedən inteqrasiyadan xəbər verir və Azərbaycanın bu məsələdə çox ciddi rolu var. Bakıda, Şuşada keçirilən sammit, o cümlədən Türk Dövlətləri liderlərinin ayrı-ayrı Azərbaycana səfərləri də bunun ən bariz nümunələrindən biridir. Türk Dövlətləri arasında inteqrasiyanın bir digər göstəricisi ortaq əlifbanın tətbiq edilməsi məsələsi oldu. Digər türk xalqları kimi Azərbaycan xalqının da münasibəti buna çox yüksək oldu. Vahid pul sistemi ilə bağlı plan təbii ki, gələcəkdə ola bilər. Ola bilər ki, milli valyuta ilə bərabər işlənə biləcək nominal dəyərli bir pul sistemi inşa edilər. Digər iqtisadi məsələlərdə bir çox artımlar ola bilər. Türk Dövlətləri arasındakı inteqrasiya xoşdur, həqiqətən də bizi sevindirən hadisələrdən biridir”.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il