Select your language

Select your language

Texnologiya

Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin yaradılması da nəzərdə tutulub.

Report.az  xəbər verir ki, bunu rəqəmsal inkişaf nazirinin müavini Samir Məmmədov Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimində bildirib.

"AİM sadəcə ofis deyil, böyük ekosistem oyunçusudur. Burada startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüş keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər. Mərkəz həmçinin texnologiya icmalarını tədbirlərini keçirmək üçün uyğun bir məkanla təmin edəcək, bu da icmaların daha effektiv inkişafına, təcrübə, fikir və bilik paylaşımına şərait yaradacaq", - deyə o qeyd edib.

"Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün Mərkəz uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir. Bu, Mərkəzi təkcə yerli startaplar üçün deyil, həm də beynəlxalq şirkətlər üçün cəlbedici edir, Azərbaycanı yeni bazar olaraq qiymətləndirmək imkanı yaradır. İnnovasiya təbii ki, sadəcə Bakı ilə kifayətlənməməlidir", - deyə nazir müavini əlavə edib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il