ABŞ Prezidenti Cozef Bayden ölkə ordusuna İranın İsrailə atdığı raketləri vurmağı əmr edib.
ABŞ-da hakimiyyətdə mövcud vəziyyət zamanı Prezident Cozef Baydenin bu addımı Amerikanın hansı mövqedə olduğunu göstərir?
Bu ölkələrarası münasibətdə özünü hansı istiqamətdə göstərə bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev qeyd edir ki, Amerika Prezidenti Cozef Baydenin İsraili müdafiə etməsi,ABŞ ordusuna bu əmri verməsi təbii bir haldır:
"Sözügedən iki ölkə müttəfiqdirlər və bu bütün dünyada da bilinir ki, ABŞ İsrailin protektoratıdır. Nəzərə almaq lazımdır ki, İsrailin Livanın cənubunda keçirdiyi əməliyyatlar anti-terror əməliyyatlarıdır. Lakin heç bir Livan rəsmisi məsələyə reaksiya göstərmir. Buradan isə belə aydın olur ki, bu məsələdə Livan özü də maraqlıdır. Çünki "Hizbullah" İran içərisində olan silahlı bir təşkilatdır və bu təşkilatın məğlubiyyətə uğraması Livanda mərkəzi hakimiyyət anlayışı üçün çox mühümdür. Reallıq ondan ibarətdir ki, İsrail Livanda anti-terror əməliyyatı keçirir, lakin İran bir növ səbəbsiz şəkildə İsrail ərazilərinə raket zərbələri endirir və təbii olaraq da ABŞ ilə İsrail arasında imzalanmış sazişlə hazırda ABŞ müdafiə mövqeyində durur".
Ölkələrarası münasibətə gəlincə isə politoloq əlavə edir ki, İsrail ilə İran arasında hazırda mövcud olan gərginlik hərbi aktivliklə müşahidə olunur, lakin klassik müharibə olduğunu da demək mümkün deyil:
"Bunun əsas səbəblərindən biri də iki ölkə arasında sərhədlərin olmamasıdır ki, bu baxımdan hava yolları vasitəsilə müharibə şəraitindədirilər. İkinci məqam isə hər ikisinin də bir-birinə olan ehtiyacıdır. İsrailin əsas məqsədi regionda təhlükəsizliyi təmin etməkdir və faktiki olaraq öz dövlət təhlükəsizliklərini qoruyurlar".
Aytac Kərimova