Dilinizi seçin

Dilinizi seçin

Müxtəlif

"Polşanın Baş Qərargah rəisi NATO və Rusiya arasında nüvə müharibəsinə səbəb ola biləcək şok planları açıqlayıb. Onun sözlərinə görə, Baltikyanı ölkələrə və ya Polşaya zərbə endirildiyi təqdirdə, Polşa və NATO Rusiyanın 300 km dərinliyinə qədər hədəflərinə, o cümlədən Sankt-Peterburqa kütləvi zərbə endirəcək. Bu məqsədlə Polşa 900 km məsafəli 800 raket alır. Özü də Sankt-Peterburqa zərbə ilk gün deyil, hətta ilk dəqiqələrdə endiriləcək".

Bu barədə rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov özünün sosial şəbəkə hesabından məlumat verib.

O, müharibənin başlanmasının mümkün ssenarisini təsvir edib.

Hərbi ekspertin fikrincə, ABŞ-də noyabrda prezident seçkisi başlayana kimi heç nə baş verməyəcək. Ondan sonra - noyabr, yaxud dekabrda seçki ilə yeni prezidentin vəzifəyə başlaması arasındakı dövr kritik an olacaq. Məhz o zaman Rusiyaya qarşı aqressiv mövqeyi ilə tanınan Co Bayden və Antoni Blinken Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın uzaq şəhərlərinə Avropa təyyarələrindən Britaniya və Fransa raketləri olan "Storm Shadow" və "Scalp" ilə ABŞ peyklərinin naviqasiya dəstəyilə zərbə endirmək əmri verə bilərlər.

"Zərbə Polşa və Rumıniya aerodromlarından qalxan, Ukrayna bayraqları və bəlkə də ukraynalı pilotlarla Britaniya və Fransa təyyarələri tərəfindən vurulur. Cavab olaraq Rusiya Britaniya, Polşa, Fransa və Rumıniyanın Rusiya ilə birbaşa müharibəyə girdiyini elan edir və əvvəldən xəbərdarlıq etdiyi kimi Polşa və Rumıniyadakı aerodromlara uzaq mənzilli raketlərlə zərbə endirir. Cavab olaraq Polşa, Litva, Rumıniya və NATO Sankt-Peterburqa və Rusiyanın digər böyük şəhərlərinə zərbə endirir. Bundan sonra Rusiya Varşava və Buxarestə zərbələr endirir. Rusiya və NATO arasında müharibə başlayır. Nüvə dərhal olmur".

Politoloq xəbərdarlıq edir ki, hər şey çox sürətli - bir gün ərzində ola bilər, çünki bütün tərəflər belə bir ssenariyə hazırlaşıblar.

"Əgər bu ssenaridən qaçmaq istəyən qüvvələr varsa, onlar artıq indidən Vaşinqton, London və Parisə zəng edib uzaqmənzilli raketlərlə vurmamağı tələb etməlidirlər. Varşavaya zəng etmək faydasızdır - orada qeyri-adekvat siyasətçilər var. Onlar sadəcə başa düşmürlər ki, özlərinin də məhv olacağı dünya müharibəsini başladırlar. Polşa İkinci Dünya müharibəsini də belə başlatmışdı. Rusiya düşmənçiliyi polyakların beyinlərini yandırıb", - deyə S.Markov sözlərini yekunlaşdırıb.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il