Dilinizi seçin

Dilinizi seçin

Sosialoji

Bəzi şəxslər avtobuslarda gediş haqqının məsafədən asılı olmayaraq eyni olmasından şikayətlənirlər.  Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər. Söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir. Avtobus sürücüləri isə deyirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.
Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov "Crossmedia.az"-a açıqlamasında bildirib ki, avtobuslarda qiymətlərin fərqli olmasına vətəndaşlar tərəfindən yaxşı münasibət bildirilmir: "Həqiqətən də elə məsafələr var ki, yaxındır və bu adətən məktəblilər üçün, yaxud yaxın ərazidə qalan şəxslər üçün şamil edilir.  Uzaq məsafəyə gedən şəxslə yaxın məsafəyə gedən şəxsin qiymət fərqinin olmaması təbii ki birmənalı qarşılanmır. Biz, insanlar tərəfindən bunu başa düşülən kimi qəbul edirik. Elə məsələnin əsas mahiyyəti də  budur".
Həmçinin ekspert qeyd edib ki, digər bir səbəb isə ümumiyyətlə avtobusların idarə olunması zamanı qiymət tarifinin düzgün seçilməməsi ilə bağlıdır:
" Bəzi şəxslər  ümumi olaraq qiymətlərin düzgün təyin edilməməsi  ilə bağlı narazılıqlarını bildirirlər. Burada  digər bir məsələ isə nəqliyyat vasitələri idarə olunan zaman gediş haqlarının proqramlaşma setindən asılı olaraq seçilməsidir. Bu, elə proqramlaşdırılır ki, şəxs vasitəsilə qəbul edildikdə o ödəniş  adi halda qəbul oluna bilər, məsələn, şəhər-qəsəbə daxili 50 qəpik, qəsəbə xarici 60 qəpik. Şəxs olaraq yəni kanduktor kimi   tanıdığımız və yaxud sürücünün özü  bu vəsaiti nəzərə alır, amma proqramlaşdırmada bu nəzərə alınmır, ona görə də elə proqramlaşdırılırki heç bir güzəştdən söhbət getmir və ya gedə bilməz. Bu da məsələdən  narazılıq yaradan səbəblərdən demək olar ki ən başlıcasıdır".

 Gülşad İbrahimova 

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il