Dilinizi seçin

Dilinizi seçin

COP-29

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 -a  11-22 noyabr tarixlərində ev sahibliyi edəcək. COP29 zamanı ölkəmizdə bir sıra hüquqi sənədlər imzalanacaq.

Bəs Cop-29 zamanı imzalanacaq hüquqi sənədlər ölkəmizə nə kimi fayda verəcək ?

Crossmedia.az  bununla bağlı siyasi ekspert  Fərid Dəmirovdan açıqlama alıb.

İlk növbədə siyasi ekspert xatırladıb ki, COP Paris Sazişi və Konvensiyası üzrə irəliləyişə nail olmaq və ən son elmi tədqiqat və məlumatlara əsasən qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir:
“İclas Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasından (COP 29), Kioto Protokolunun Tərəflərinin görüşü kimi fəaliyyət göstərən Tərəflər Konfransının on doqquzuncu sessiyasından və Paris Sazişinin Tərəflərinin görüşü kimi fəaliyyət göstərən Tərəflərin Konfransından (6-cı sessiya) ibarətdir.”
“Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq.” – dəyə əlavə edib
Fərid Dəmirov bildirib ki, yaşıl  enerjiyə keçid prosesinin sürətlənməsi, COP-a üzv və iştirakçı dövlətlərin gələcək dəstəyinin təminatı, qlobal arenada Azərbaycanın daha geniş miqyaslı tanınması naminə bu tədbirin məhz ölkəmizdə baş tutması və hüquqi sənədlərin imzalanması mühüm əhəmiyyət kəsb edir. Belə ki, tədbir müddətində 60-dan çox kənd təsərrüfatı, enerji məsələləri, texnalogiya və s. mövzularında sənədin qəbul olunması gözlənilir. Müvəqqəti gündəm və annotatsiyaların isə CMP 19, CMA 6, SBI 61, SBSTA 61 üzrə aparılması gözləniləndir.
COP-29 zamanı imzalanacaq sənədlərin ölkəmizə verəcəyi faydalar daha çox iqlim dəyişikliyi ilə mübarizə, maliyyə dəstəyi və ekoloji inkişaf sahələrində özünü göstərə bilər. Bu faydaların hər biri həm Azərbaycanın ətraf mühiti qorumaq sahəsində göstərdiyi səyləri gücləndirəcək, həm də uzunmüddətli iqtisadi inkişaf üçün yeni imkanlar yaradacaq.
İlkin olaraq ən vacib məqam iqlim dəyişikliyi ilə mübarizə sahəsidir ki, dünyada iqlim dəyişikliklərinin təsirləri hər il daha çox hiss olunur bununla bərabər COP-29 kimi böyük beynəlxalq tədbirlər bu məsələnin həlli üçün qlobal yanaşmaları dəstəkləyir. Azərbaycan Respublikasının bu sammitdə iştirakı ilə iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səviyyədə daha güclü öhdəlikləri götürəcək. Bu, ölkəmizin istixana qazı emissiyalarını azaltmaq və daha dayanıqlı ekoloji siyasətlər həyata keçirmək üçün konkret tədbirlər görməsinə kömək edəcək. Bu kimi addımlar gələcəkdə ölkəmizin iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq üçün əhəmiyyətli dərəcədə vacibdir.
İkinci böyük fayda maliyyə dəstəyi ilə bağlıdır. COP-29 çərçivəsində imzalanacaq razılaşmalarla Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və ekoloji layihələr üçün beynəlxalq fondlardan vəsait alması daha da asanlaşdıracaq. Bu maliyyə dəstəyi ölkədə ekoloji layihələrin icrasını sürətləndirəcək, enerji səmərəliliyinin artırılması, su ehtiyatlarının qorunması, habelə təmiz enerji mənbələrinin inkişafı kimi sahələrdə layihələrin həyata keçirilməsinə dəstək olacaq. Bu cür maliyyə axınları iqtisadiyyata da müsbət əhəmiyyətli dərəcədə təsir göstərəcək və yeni iş yerləri yaradılmasına səbəb olacaq.
Son olaraq ekoloji texnologiyalar və innovasiyalar sahəsində beynəlxalq əməkdaşlıqların genişlənməsi də önəmlidir. imzalanacaq sazişlər vasitəsilə ölkəmizə müasir və təmiz texnologiyalar gətirilməsi mümkün olacaq. Bu, yalnız ətraf mühitin qorunması baxımından deyil, həm də ölkənin enerji səmərəliliyini artırmaq və iqtisadi inkişafını davamlı etmək üçün böyük imkanlar yaradacaq. Ölkəmiz bu texnologiyaları tətbiq edərək təkcə ekoloji vəziyyəti yaxşılaşdırmayacaq, həm də iqtisadi baxımdan da davamlı inkişafı təmin edəcək.


Nəzrin Salmanova

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il