Dilinizi seçin

Dilinizi seçin

Araşdırma

Ümumilikdə Media kütləyə xitab edən və müəyyən mənada diktə edən vasitələr toplusudur. Media iki əsas bloka bölünür. Sosial və Ənənəvi. Ənənəvi mediaya qəzetləri, jurnalları, dərgiləri və s. misal gətirmək olar. Sosial mediaya isə instagram, facebook, X (Tvitter), Viber, Vhattsap və s. misal gətirmək olar. Sosial media son bir neçə onillikdə ənənəvi medianı xeyli üstələməkdə və sıxışdırmaqdadır. Bəs onda niyə hələ də ənənəvi media qalmaqdadır? Bunun səbəbini mən obyektivlikdə görərdim. Çünki Sosial mediada terrorçu təfəkkürlü şəxsiyyət də post, tvit və ya story paylaşa bilər. Atdığı postda təhlükəli və ya yanlış fikir bildirə bilər. Xaosa səbəb ola bilər. Dezinformasiya yaya bilər. Çünki hər hansı bir məhdudiyyət yoxdur. Lakin ənənəvi media belə deyil. Məsələn tarixi aspektdən yanaşanda, Fransa, Almaniya kimi ölkələrdəki İnstagram həştəglərinin arxeoloji və antropoloji başlıqlarını incələyərkən açıq şəkildə Aryanist təbliğatla qarşılaşmaqdayıq. İskitlərin bir qolu olan Sarmatlar İrani kimi təqdim olunmaqda, İskitlərin isə Türk yox, Hind-Avropa irqindən olduğu iddia edilməkdədir. Lakin bunu iddia edənlərin məntiqi izahdan yoxsul olduğu da gün kimi meydandadır. İskitlərin Aryan olduğunu nə qədər iddia etsələr də həqiqət çox fərqlidir. 

B. G. Niebuhr, G. Grots, G. Nagy, K. Neumann, G. W. B. Huntingford və E. H. Minns kimi bir çox Avropalı alim İskitlərin bir Ural-Altay (Türk) xalqı olduğunu ortaya qoymuşlardır. 

Mənbə: Minns E. H., "The Scythians and Northern Nomads", CAH., IX, 1970, s. 187.

Mənbə: Niebuhr B. G., A Dissertation on the Geography of Herodotus and Researches into the History of the Scythians, Getae and Sarmatians, Oxford. 

Mənbə: Huntingford G. W. B., " Who were the Scythians?", Antropos, c. XXX, s. 785.

İskitlərin irani olması praqmatik olaraq da mümkün deyil. Məsələn Albrext Virth Alman alimlərinin iddialarına qarşı gələrək İskitlərin öz doğma əfsanələrində Heraklın bir İlan qadınla (Şahməran) cinsi əlaqədən törədiyini və ilan kultunun birmənalı olaraq İrani olmayan xalqlara aid olduğunu bildirir. İlana sitayiş isə Turani bir kultdur. 

Mənbə: Wirth A., Geschichte Asiens und Osteuropas, s. 55.

İskitlərin Aryan olmasının mümkünsüzlüyünü Minns və Ellis də qeyd edir: "Əlbəttə, köçəri İskitlərin Asiya kökənli olmaları İranlılarla əlaqədar deyildir, Fəqət onların Ari (Aryan) olmayan köklərini yada salır."

Mənbə: Minns, Ellis H. : Scythians and Greeks, University Press, Cambridge, 1913, s. 44.

Yunan alimi Samothrakes də İskitlərin Türk əsilli olduğunu etiraf edir. 

Mənbə: Samothrakes A. Th. "The Scythians" (Yunanca), The Great Hellenic Encyclopedia, c. XXII, 1933, s. 8.


Fransız orientalist alimi Lenormant da məsələyə son nöqtəni qoyur: "Köhnələrin şübhəli bir şəkildə Turanî dedikləri İskitlər, Altay irq ailəsine mənsubdurlar." 

Mənbə: Lenormant Fr. L'Histoire Ancienne de l'Orient, Paris, s. 190.


Bütün bunları inkar edib hələ də sosial mediada Türk tarixinə sataşan alman irançıları görmək mümkündür və bu kimi konfliktlər də Ənənəvi Medianın nə qədər üstün olduğunu göstərir. Bunu nəzəri aspektdən sübut edə bilərəm. Məsələn Avropanın bütün ölkələrində Avropasentrist tarix bilinci hakimdir. Buna rəğmən Avropanın ənənəvi mediası hesab edilən "Centre National de la Recherche Scientifique" jurnalı, elmi obyektivliyini qoruyaraq son dərəcə əhəmiyyətli bir məlumatı bizlərlə paylaşmaqdadır:


"... 18-ci əsrin sonları və 19-cu əsrin əvvəllərində Dilçi linqvist alimlər tərəfindən ortaya atılan Hind-Avropa dilləri hipotezini artıq tamamilə yalanlama məcburiyyəti ortaya çıxmışdır. (Yəni Hind-Avropa dilləri ailəsi irqi nəzəriyyəsi elmi mahiyyətini itirmişdir) 

Mənbə: Centre National de la Recherche Scientifique, Sentyabr 2000, S: 386, səhifə 8.


İskitlərin Türk olmadığını iddia edənlər Hind-Avropa irqini sübut edə bilmirlər. Bunu isə biz Avropanın göbəyindəki elmi dərgidən öyrənirik. Deməli həqiqətən də Ənənəvi Media Sosial mediadan daha üstündür. Doğruya fokuslanır. Həqiqətə yönəlir. Sosial media daha geniş kütləyə xitab etsə də, bilgi kirlənməsi və hər cür nəzəriyyənin kütləyə yol tapmasından başqa bir işə yaramır. 

Nağıbəyov Məmmədtağıbəy

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il