Dilinizi seçin

Dilinizi seçin

Çarpaz baxış

Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski “İzvestiya” nəşrinə müsahibəsində deyib.

“Hansı formada və necə qoşula biləcəkləri öz ixtiyarındadır. Əgər onun daşınması üçün yol və siyasi iradə varsa və bunun sərfəli olduğuna əminiksə, o zaman Yaxın Şərqin istənilən ölkəsi ilə əməkdaşlıq ola bilər. Daha sonra Hindistan, Cənubi Asiya və ASEAN ölkələrinin bazarı”, - deyə o qeyd edib.

O əlavə edib ki, Şimal dəniz marşrutu həmişə “Şimal-Cənub” dəhlizi ilə bağlı olacaq:

“Nəticədə ölkəmizin şimalından - Murmanskdan, Sankt-Peterburqdan, Uzaq Şimaldan - mövcud və yeni dəmir yolu, avtomobil marşrutları və quru yolu ilə Asiya-Sakit okean regionuna, Yaxın Şərqə və Asiyaya lazımi yüklər çatdırılacaq. Bu, bizə tədarükləri, onların marşrutlarını şaxələndirməyə, şirkətlərimiz və təsərrüfat operatorlarımız üçün riskləri azaltmağa imkan verəcək”.

Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb. Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır. Uzunluğu 7,2 min km olan marşrut Sankt-Peterburqdan (Rusiya Federasiyası) Mumbay limanına (Hindistan) qədər uzanır. “Şimal-Cənub” dəhlizi 3marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il