Dilinizi seçin

Dilinizi seçin

COP-29

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) halal məhsullarla təmin edəcək şirkətlərin sertifikatlaşdırılması həyata keçirilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"COP29 ərəfəsində bir çox İslam ölkələrindən iştirakçılar Azərbaycana səfər edəcək. Beynəlxalq Standartlaşdırma Təşkilatının COP29 da böyük bir pavilyoni olacaqdır. Biz yerli əsas partnyor olaraq bu prosesdə iştirak edirik. Burada gələn qonaqların halal məhsul və xidmətlərlə təmin etmək bizim ən yaxın gələcəkdə qarşımızda duran əsas məsələlərdən biridir. Artıq biz bu istiqamətdə fəaliyyətlərə başlamışıq", - deyə o qeyd edib.

İ. Bayramov bildirib ki, bu tədbir ərəfəsində COP29-u halal məhsullarla təmin edəcək şirkətlərlə iş aparılır, onların məhsullarının sertifikatlaşdırılması həyata keçirilir.

"COP29 əməliyyat şirkəti ilə biz bu tədbir ərəfəsində ölkədə xidmət göstərəcək iri ictimai-iaşə obyektlərinin monitorinqini həyata keçiririk. Qiymətləndirilmə zamanı əsasən həmin obyektlərin ekoloji dayanıqlılığının təmin olunmasına diqqət yetiriləcək. Eyni zamanda düzgün halal xidmətlərin göstərilməsi də qiymətləndirmə kriteriyalarına daxildir", - AZSTANDART-ın rəhbəri əlavə edib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il