Dilinizi seçin

Dilinizi seçin

COP-29

İtaliyanın “Direzione Impresa” jurnalının oktyabr sayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının əhəmiyyətindən bəhs edən məqalə dərc olunub.

İtaliyalı jurnalist Domeniko Letizianın müəllifi olduğu “Enerjinin gələcəyi Azərbaycanda yazılır: COP29” adlı məqalədə Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcəyi bildirilir, ölkəmizin bərpaolunan enerji mənbələrini şaxələndirmə siyasətindən, xüsusilə yaşıl enerji layihələrindən bəhs edilir.

Diqqətə çatdırılır ki, Azərbaycan hazırda yaşıl hidrogen istehsalı və nəqli sahəsində layihələrə yönəlib. Ölkəmizin bərpaolunan enerji resurslarını Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji şəbəkəsi ilə birləşdirəcək Qara dəniz sualtı enerji kabeli layihəsi həyata keçirilir. Eyni zamanda, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP boru kəməri təbii qazla qarışıq hidrogeni enerji bazarlarına çatdırmaq üçün istifadə edilə bilər.

Qeyd olunur ki, Azərbaycan yaşıl enerji mərkəzinə çevrilmə potensialına malikdir və ölkəmiz yaşıl iqtisadiyyat sahəsində aparıcı rol oynamaq niyyətindədir.

Bildirilir ki, ölkəmiz 2050-ci ilədək istixana qazlarının emissiyasını 40 faiz azaltmağı qarşıya məqsəd qoyub. Azərbaycan bir çox ölkə tərəfindən qlobal istiləşmə ilə mübarizədə etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi tanınır.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il