Dilinizi seçin

Dilinizi seçin

COP-29

İtaliya gələcəkdə Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

Bunu "Report"a açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib.

“Gələcəkdə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq nəzərdə tutulur. Biz bu sahədə layihələr, xüsusən də bərpa olunan mənbələrdən enerjinin saxlanması məsələsi üzərində işləyirik. Bu, həm İtaliya, həm də Azərbaycan tərəfi üçün çox vacibdir”, - o bildirib.

F.Korvaro qeyd edib ki, Azərbaycan və İtaliya enerji sektorunda sıx əməkdaşlıq edir.

O vurğulayıb ki, iki ölkə bu sahənin ətraf mühitə mənfi təsirini azaltmaq üçün birgə çalışır: “Təbii qaz da daxil olmaqla, nəqletmə zamanı istixana qazı emissiyalarını azaltmaq üçün istifadə etdiyimiz bir neçə üsulumuz var. Yadda saxlamalıyıq ki, ədalətli keçid sistemi üçün təbii qazdan istifadəni dəstəkləmək lazımdır”.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il