Dilinizi seçin

Dilinizi seçin

Asiya

Şərqi Avropada Rusiya ilə Ukrayna arasında davam edən müharibədə təxminən bir aya yaxındır ki, yeni dinamika müşahidə olunur. Belə ki, Ukrayna ordusunun Rusiyanın Kurs vilayətinə daxil olması ilə rəsmi Kiyev qismən təşəbbüsü ələ alıb. Amma ölkənin xarici işlər naziri Dmitro Kulebanın sentyabrın 4-də istefa ərizəsini yazması perspektivdəki əməliyyat və danışıqların gedişi ilə bağlı suallar yaradıb.

Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim etmişdilər.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 5-də Dmitro Kulebanın istefasına münasibət bildirib. O, bu barədə “Xalqın Xidmətçisi” partiyasının iclasında danışıb. Dövlət başçısı qeyd edib ki, Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı.

Ukraynada vəzifəli şəxslərin ard-arda istefa əraziləri yazması diqqət çəkir. Maraqlıdır ki, bu, Ukraynanın müharibədə qismən təşəbbüsü ələ aldığı və Rusiya ərazisinə daxil olduğu vaxta təsadüf edir. Belə bir vaxtda nazirlər niyə istefa verməlidir ki? Yəqin ki, adıçəkilən şəxslər yaxın günlərdə bu barədə açıqlama verəcəklər. Böyük ehtimalla, həmin şəxslərin əksəriyyətinin istefası qəbul olunacaq.

Fikrimizcə, istefa ərazilərinin yazılmasının Ukraynanın təşəbbüsü ələ alması ilə eyni vaxta düşməsi təsadüfi deyil. Görünür, döyüş meydanında yaranan yeni reallıqlar Ukrayna hərbi-siyasi hakimiyyətində fikir ayrılığına səbəb olub. Təfərrüatlar barədə proqnoz vermək çətindir. Lakin mümkündür ki, V.Zelenski adıçəkilən şəxslərdən fərqli olaraq daha ehtiyatlı ritorikanın tərəfdarıdır və ya əksinə!

Ukrayna hazırda xeyli dərəcədə ABŞ-dən asılıdır. Bu, rəsmi Kiyevin manevr imkanlarını məhdudlaşdırır. Ola bilsin, elə bu amil də hərbi-siyasi elitada ziddiyyətləri gücləndirir.

Başqa bir versiya ondan ibarətdir ki, ola bilsin, V.Zelenski adıçəkilən məmurların fəaliyyətlərindən narazıdır. Mümkündür ki, əslində, Prezident özü sözügedən kadrlardan istefa ərizələrini yazmalarını istəyib.

Əgər bu istefa ərizələri yazılmasaydı, Ukrayna hərbi-siyasi elitasındakı gərginlik daha da böyüyəcək və ictimailəşəcəkdi. Ola bilsin, rəsmi Kiyev bunun qarşısını almağa çalışıb.

Onu da deyək ki, gələcəkdə Ukraynanın müdafiə naziri Rustem Umerovun da istefa ərizəsi yazması və ya istefaya göndərilməsi istisna deyil.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il