Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində yerləşdirilən müşahidəçiləri aktiv şəkildə kəşfiyyat məlumatları toplamaqla məşğuldur. Müşahidələr göstərir ki, Aİ missiyasının üzvləri Ermənistan hərbçiləri ilə birlikdə hərəkət edərək Azərbaycan ərazilərinə doğru müşahidələr aparırlar. Bu vəziyyət Ermənistanın yeni və daha genişmiqyaslı təxribatlara hazırlaşdığını göstərir.
Crossmedia.az saytına açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki , Ermənistan ərazisi hazırda qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu bir meydana çevrilib.Fransa və ABŞ tərəfindən dəstəklənən Ermənistan öz ərazisində Avropa İttifaqının missiyasının cəsus fəaliyyətini genişləndirməyədə çalışır.Bu fəaliyyətlər həm Rusiyanın ərazidən sıxışdırılıb çıxarılmasına , həm də Azərbaycana qarşı kəşfiyyat xarakterli fəaliyyətlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Sülh sazişi üzrə danışıqlar dəvam etsə də, yaxın perspektivdə imzalanması gözlənilmir.Bu bir neçə amil ilə, xüsusilə də , Ermənistanın Azərbaycanla sərhədlərində törətdikləri təxribatlar , Ermənistanın silahlanması , Azərbaycanın sülh sazişi əldə edilməsi istiqamətində irəli sürdüyü haqlı tələblərin yerinə yetirilməməsi fonunda Ermənistanın sülh sazişı imzalamaq niyyəti ehtimal olunmur”.
Hərbi ekspert əlavə edib ki : “Bu fəaliyyətdə Avropa İttifaqının casus missiyası ,kəşfiyyat xarakterli fəaliyyətləri , Ermənistanın silahlanması , Azərbaycanla sülhün əldə olunması üçün Ermənistan konstitusiyasındakı dəyişikliklərin edilməməsi , Ermənistanın parlametində hərbi doktirina , təhlükəsiz strategiyası kimi sənədlərdə dəyişikliklərin edilməməsi Ermənistanın yalnız sözdə sülh sazişini imzalamaq niyyətində olduğunu göstərir . Bütün bu fəaliyyətlər xüsusilə də , Avropa İttifaqının missiyasının casus fəaliyyəti , sabitliyə xidmət etmir , əksinə bütün bu fəaliyyətləri bir yerə topladıqda Ermənistanın Azərbaycanın şərti dövlət sərhədlərində yeni təxribatlara hazırlaşdığını göstərir”.
Nihat Tahirov