Dilinizi seçin

Dilinizi seçin

Geosiyasət

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti məsələlərini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.

"Report" Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı çərçivəsində baş tutub.

Məlumata görə, tərəflər “3+3”, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq məsələlərinə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRICS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetiriblər.

H.Haciyev Rusiya XİN başçısının müavininə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə danışıqlar prosesinin gedişatı barədə məlumat verib. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına aid müddəaların aradan qaldırılması məqsədilə Ermənistan qanunvericiliyində dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il