Dilinizi seçin

Dilinizi seçin

Cənubi Qafqaz

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında sərəncam imzalayıb.

Xatırladaq ki, oktyabrın 1-də Q.Minasyan istefa ərizəsini təqdim edib. Bundan əvvəl isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb.

Ermənistan mediası yazır ki, Minasyanın 2022-ci ildə sözügedən vəzifəyə təyin edilməsi hakim partiyada fikir ayrılığına səbəb olub. Belə ki, Qriqor Minasyan ölkənin Vatikandakı keçmiş səfiri və Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il