Dilinizi seçin

Dilinizi seçin

Dünya xəbərləri

Ermənistanda hərbi xidmətə çağırılan əsgər orduda meyitə çevrilir. Orduda ölüm hallarının azaldılması və qarşısının alınması üçün bir işi görməyənlər orada niyə oturub?

Globalinfo.az  xəbər verir ki, bu sözləri erməni hüquq müdafiəçisi Janna Andreasyan deyib.

O, Ermənistan ordusunda qətl və intiharların çox olduğunu bildirib:

“İnsan həyatına biganəlik var. Mən əvvəlki dövrdə orduda belə biganəlik görməmişdim. İndi ordunu tamamilə “bağlayıblar”. Orduda ölən əsgərlərin valideynlərinin əksəriyyəti bizimlə görüşməkdən imtina edirlər. Ailələrin bizimlə əlaqə yaratması üçün məhdudiyyətlər qoyulub.

Paşinyanın istəyi səsini çıxarmaq yox, susmaqdır. İndi əsgər ölüb, aparıb basdırıblar, Müdafiə Nazirliyinin vecinə deyil. Hadisə açıq şəkildə ört-basdır edilir”, – hüquq müdafiəçisi bildirib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il