Dilinizi seçin

Dilinizi seçin

Dünya xəbərləri

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəhbəri Ersin Tatar türk dövlətlərinin birliyinə xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini yüksək qiymətləndirib.

Ersin Tatar Türkiyənin “Sabah” qəzetinə müsahibəsində türk Kiprinin maraqlarını dəstəklədiyinə və Türk dünyasının birliyinə verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Siyasətçi qeyd edib ki, Lefkoşa Bakı və Ankara ilə “Bir millət, üç dövlət” kəlamı ruhunda dialoq qurur.

ŞKTC Prezidenti Azərbaycana səfərlərini Şimali Kiprin tanınması istiqamətində mühüm addım adlandırıb.

 
 

Kipr türklərinin lideri bildirib ki, Azərbaycan dövlətinin başçısı ilə görüşündə Prezident İlham Əliyev türk dövlətlərinin birliyinə və həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini bəyan edib və təşkilatın gələcəyi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

“ŞKTC Türk dünyasının ən cənub təmsilçisidir. Ölkəmiz Şərqi Aralıq dənizində Türk dünyasının maraqları üçün böyük əhəmiyyətə və dəyərə malikdir”, - deyə siyasətçi bildirib.

Adanın yunan icmasının fəal silahlanması fonunda türk Kiprinin təhlükəsizliyinə toxunan Ersin Tatar adanın əlverişli coğrafi mövqeyinə diqqət çəkib: “Türkiyənin Adanadakı aviabazalarından uçan hərbi təyyarələr cəmi 5 dəqiqəyə Kipr sahillərinə çata bilir”.

Eyni zamanda, Şimali Kiprin lideri ŞKTC-də türk hərbi bazasının yaradılması ehtimalını da istisna etməyib.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il