Bu il Qazaxıstanın Almatı şəhərində 9-cu dəfə keçirilən "Türk Filmləri Həftəsi" böyük iştirakla həyata keçirilib.
Crossmedia.az TRT Avaz-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin töhfələri və Almatı Baş Konsulluğunun dəstəyi ilə Yerli Düşüncə Dərnəyinin təşkil etdiyi Türk Filmləri Həftəsi 5-9 oktyabr tarixləri arasında Almatıda keçirilib.
Türk Filmləri Həftəsinin açılış qalasında Onur Tuna və Pelin Akilin baş rollarda oynadığı “Son şam yeməyi”, “Gecənin Nəqarəti”, “Nəfəs-Yer Mənfi İki”, “Hayatla Barış” filmləri və “Rafadan Tayfa 4-Hayrimator” animasiyası nümayiş etdirilib.
Beş gün ərzində Almatı şəhərinin böyük kino salonlarından birində nümayiş etdirilən türk rejissorlarının mükafatlı filmləri qazaxıstanlı tamaşaçıların böyük marağına səbəb olub. Film nümayişindən sonra tamaşaçılar sənət adamları ilə görüşmək imkanı əldə ediblər.
Yerli Düşüncə Dərnəyinin Prezidenti Metin Gündoğdunun sözlərinə görə, bu il doqquzuncusu keçirilən "Türk Filmləri Həftəsi" ilə əlaqədar Türkiyə ilə Qazaxıstan arasında mədəni əlaqələrin gücləndirilməsinə yönəlmiş tədbir sayəsində kinonun gücü ilə iki ölkə arasında yeni bir körpü qurulub.
Gündoğdu “ Son Şam yeməyi” filminin baş rol aktyorları Onur Tuna və Pelin Akılın da iştirak etdiyi açılış qalasına böyük maraq olduğunu və həftə ərzində gündə iki film nümayiş etdirdiklərini ifadə edərək: “ Bütün nümayiş zalları qazaxıstanlı kinosevərlərlə doldu. Hər il olduğu kimi qazaxıstanlı qardaşlarımızın bu il də böyük maraq göstərməsi Türk kinosunun böyüklüyünün və təsirinin göstəricisidir. Bu da türk kinosunun dəyərini artırır",- qiymətləndirməsini etdi.
Maral Şahverdili