Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilkin vəzifələrindən uzaqlaşdığı üçün böhran içindədir.
Crossmedia.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlığı Departamentinin direktor əvəzi İqor Kapırin RİA Novosti-yə müsahibəsində deyib.
Onun fikrincə, hazırda Avropada əməkdaşlıq və təhlükəsizlik yoxdur və hər ikisinin çatışmazlığını müzakirə etmək imkanı da yoxdur.
"Rusiyanın keçmiş tərəfdaşları dialoq istəmir, baxmayaraq ki, ATƏT belə bir fürsət verir", - diplomat qeyd edib.
Gültac Mehdizadə