Dilinizi seçin

Dilinizi seçin

Müxtəlif

İran ABŞ ilə üçüncü ölkələrin diplomatik kanalları vasitəsilə əlaqə saxlayır.

Bunu ölkənin xarici işlər naziri Abbas Əraqçı "Al-Jazeera" telekanalına müsahibəsində bildirib.

"ABŞ ilə diplomatik kanallar digər ölkələr vasitəsilə açıqdır", - deyə o qeyd edib.

A.Əraqçı dəqiqləşdirib ki, Tehran və Vaşinqton fikir mübadiləsini birbaşa aparmırlar.

İran XİN rəhbəri həmçinin Tehranın müharibə və ya eskalasiya istəmidiyini, ancaq istənilən ssenariyə hazır olduğunu vurğulayıb.

"İsraillilər bizim iradəmizi sınaya bilərlər. Bizə hücum edilərsə, bunu diqqətlə araşdırıb müvafiq cavab verəcəyik", - deyə İran XİN başçısı vurğulayıb.

Nazirin sözlərinə görə, İsrail kütləvi müharibə axtarır və ölkələri bu müharibəyə sürükləmək istəyir.

Yeri gəlmişkən, nazir bu fikrini özünün "X" sosial şəbəkə hesabında da paylaşıb.

"İsrail rejimi bütün regionu fəlakətə aparır", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Yaxın Şərq ölkələrinə hazırkı çətin vaxtları aşmaq üçün uzaqgörənlik, müdriklik və cəsarət lazımdır.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il