Dilinizi seçin

Dilinizi seçin

Müxtəlif

Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən bəri dünyanın maraq dairəsində olmağa davam edir. 

Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, Oddesadan göndərilən 2 taxıl daşıyan ticarət  gəmisi Rusiya tərəfindən hədəf alınıb, 1 heyət üzvü dünyasını dəyişib,5 nəfər isə yaralanıb. 

Ukrayna rəsmiləri bəyan ediblər ki, ərzaq qiymətlərində uzun müddət davam edən sabitlik pozulacaq. Bunun səbəbi kimi isə baş verən hücumlar göstərilib.

ABŞ-də yerləşən Ciner Xəbər Agentliyinin əməkdaşı Dmitri Gorenburq bildirib ki, Moskvanın taxıl  ixrac edən gəmiləri hədəf almasının arxasındakı səbəb hələ də dəqiq deyil. 

Həmçinin, o, əlavə edib: “Rusiya, Ukraynanı zəiflətməyin yeni yollarının axtarışında ola bilər”,-Gorenburq qeyd edib

O, bildirib ki , “Ukranyanı iqtisadi olaraq zəiflətmək, Ukranyanın müqavimət gücünü azaldır. Limanları hədəfə almaqdansa, ticarət gəmilərini məhv etmək bunun ən yaxşı yoludur”.

Nəzrin Salmanova

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il