Dilinizi seçin

Dilinizi seçin

Müxtəlif

Kiyev ABŞ-dən təhlükəsizlik zəmanəti və AB-yə daxil olmaq müqabilində ərazilərin itirilməsini tanımadan hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Paris, Roma və Berlini əhatə edən Avropa turu zamanı Ukrayna Prezidenti Vladimir Zelenski AB-yə sürətli qəbul zəmanətini təmin etmək istəyir:

“Zelenskinin fəaliyyəti onun Ukraynanı münaqişədən diz çökdürülmədən çıxış yolları axtarmağın vaxtının gəldiyinə əminliyini əks etdirir. Zelenski avropalıları siyasi planına inandırmalıdır. O, ərazilərdən rəsmən imtina edə bilməz, amma Qərbin zəmanəti müqabilində yeni sərhədləri tanımadan hazırkı cəbhə xəttində atəşkəsə hazırdır. ABŞ-dan təhlükəsizlik zəmanətləri də Yaponiya, Cənubi Koreya və Filippin nümunəsidir”.

"Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı tarix:
15 oktyabr 2024-cü il